https://news.day.az/azerinews/1571192.html İsmayıllı-Lahıc yolu ilə bağlı XƏBƏRDARLIQ Sel suları nəticəsində gecə saatlarında İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 5 nöqtəsində yolun hərəkət hissəsinə lil və qaya parçalarının tökülməsi nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət yaranıb.

İsmayıllı-Lahıc yolu ilə bağlı XƏBƏRDARLIQ

Azərbaycanca, 7 июня 2023 10:03 (UTC +04:00) 1 602
İsmayıllı-Lahıc yolu ilə bağlı

Sel suları nəticəsində gecə saatlarında İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 5 nöqtəsində yolun hərəkət hissəsinə lil və qaya parçalarının tökülməsi nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət yaranıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Day.Az-a verilən məlumata görə sözügedən yolda yaranmış problemlə bağlı Agentliyin "Çağrı Mərkəzi"nə (012-599-79-75) məlumat daxil olan kimi dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "5 N-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Gecə boyu səhər saatlarınadək aparılan təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yol boyu avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.

Həmçinin oxuyun: Bu rayonlarda leysan yağıb - FAKTİKİ HAVA

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости