https://news.day.az/azerinews/1571532.html Ermənistanda işgəncə verilən əsir hərbçilərimizlə bağlı YENİ XƏBƏR - VİDEO

Ermənistanda işgəncə verilən əsir hərbçilərimizlə bağlı YENİ XƏBƏR - VİDEO

Azərbaycanca, 8 июня 2023 10:28 (UTC +04:00) 1 823
Ermənistanda işgəncə verilən əsir hərbçilərimizlə bağlı

"Ermənistan azərbaycanlı əsirlərlə görüşə icazə vermir".

Day.Az Xəzər TV-yə istinadən bildirir ki,bu barədə aprel ayında dumanlı hava şəraitində yolu azaraq Ermənistana keçmiş və orada saxlanılmış əsgərlərimizin valideynlərinə Beynəlxalq Qızıl Xaç Komitəsindən məlumat verilib.

Əsirlikdə saxlanılan Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyir ki, Komitə onlara övladları ilə bağlı yeni bir məlumat vermir.

Əsirlikdə olan Hüseyn Axundovun anası Şəlalə Axundova da övladından xəbər ala bilmədiyini deyir.

Hərbçilərimiz barədə ətraflı məlumat almaq üçün BQXK-ya müraciət etdik. Komitədən sadəcə bildirildi ki, Aqşin Bəbirov və Hüseyn Axundovun valideynləri ilə mütəmadi olaraq əlaqə saxlanılır. Digər suallarımız isə cavablandırılmadı.

Həmçinin oxuyun: Ermənilər itkin düşən azərbaycanlı əsgərə işgəncə verib - FOTO

Qeyd edək ki, Azərbaycanla Ermənistan nümayəndələri arasında olan razılığa əsasən yolu azaraq qarşı tərəfə keçən şəxs maksimum iki günə qaytarılmalıdır. Lakin Ermənistan tərəfi bu razılaşmaya əməl etmir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости