https://news.day.az/azerinews/1555157.html Ermənilər itkin düşən azərbaycanlı əsgərə işgəncə verib - FOTO

Ermənilər itkin düşən azərbaycanlı əsgərə işgəncə verib - FOTO

Azərbaycanca, 13 апреля 2023 14:50 (UTC +04:00) 958
Ermənilər itkin düşən azərbaycanlı əsgərə işgəncə verib

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azərbaycanlı əsgərlər itkin düşüb.

Day.Az xəbər verir ki, erməni KİV itkin düşən azərbaycanlı əsgərlərdən birinin sosial şəbəkələrdə görüntülərini yayıb.

Görüntülərdə ermənilərin azərbaycanlı əsgərə döyərək işgəncə verdikləri açıq-aydın görünür.

Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti dövlət qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu ilə bağlı zəruri axtarış və araşdırma işləri davam etdirilir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, əsgərlərin Ermənistan ərazisində saxlanıldığının ehtimal edildiyi nəzərə alınaraq, onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət olunub.

  • Ermənilər itkin düşən azərbaycanlı əsgərə işgəncə verib
  • Ermənilər itkin düşən azərbaycanlı əsgərə işgəncə verib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости