https://news.day.az/azerinews/1575452.html Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricələri ilə bağlı layihə hazırdır İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) telekommunikasiya xidmətləri üzrə keyfiyyət göstəricilərinə dair xarici təcrübənin öyrənilməsinə başlayıb, geniş təhlillər aparıb.

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricələri ilə bağlı layihə hazırdır

Azərbaycanca, 22 июня 2023 14:59 (UTC +04:00) 780
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricələri ilə bağlı

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) telekommunikasiya xidmətləri üzrə keyfiyyət göstəricilərinə dair xarici təcrübənin öyrənilməsinə başlayıb, geniş təhlillər aparıb.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq başlayaraq İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) məlumat verilib.

Bildirilib ki, telekommunikasiya xidmətləri üzrə keyfiyyət göstəricilərinin və keyfiyyət səviyyəsinə dair minimal tələblərin müəyyən edilməsi, xidmət keyfiyyəti üzrə operatorların, internet provayderlərin fəaliyyətinin tənzimlənməsi, habelə telekommunikasiya xidmətlərinin keyfiyyətinin dəyişən şərtlər çərçivəsində beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə İKTA "Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəriciləri haqqında Qayda" layihəsi hazırlayıb və aidiyyatı üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim edib.

Layihənin müvafiq razılaşdırmalardan sonra təsdiq ediləcəyi gözlənilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости