https://news.day.az/azerinews/1598865.html Bir manat bundan sonra BELƏ OLACAQ - FOTO

Bir manat bundan sonra BELƏ OLACAQ - FOTO

Azərbaycanca, 18 сентября 2023 15:06 (UTC +04:00) 2 542
Bir manat bundan sonra

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Tahir oğlu Kazımovun imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları 18 sentyabr 2023-cü il tarixindən etibarən tədavülə buraxılır.

Bu barədə Day.Az-a AMB-dən bildirilib.

Məlumata görə, imza banknotun ön tərəfindən sol yuxarı küncdə təsvir edilib. Həmçinin, kağız pul nişanının üzərində "2023" istehsal ili əks etdirilib.

Yenilənmiş 1 manatlığın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Qeyd edək ki, yenilənmiş 1 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq. Banknotun ön və arxa tərəfinin təsvirləri əlavə olunur.

  • Bir manat bundan sonra
  • Bir manat bundan sonra
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости