https://news.day.az/azerinews/1599068.html Qeyri-qanuni erməni silahlı dəstələri AZAL-ın təyyarəsinə radiomaneələr tətbiq etdi Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə radiomaneələr tətbiq edilib.

Qeyri-qanuni erməni silahlı dəstələri AZAL-ın təyyarəsinə radiomaneələr tətbiq etdi

Azərbaycanca, 19 сентября 2023 10:06 (UTC +04:00) 1 286
Qeyri-qanuni erməni silahlı dəstələri AZAL-ın təyyarəsinə radiomaneələr tətbiq etdi

Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə radiomaneələr tətbiq edilib.

Müdafiə Nazirliyindən Day.Az-a bildirilib ki, sentyabrın 18-u Tbilisi-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının E-190 tipli sərnişin təyyarəsinə saat 20:28-dən 20:34-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости