https://news.day.az/azerinews/1639991.html
"Qarabağ"ın üzvü Türkiyə nəhənginin hədəfində - İDDİA
"Qarabağ"ın üzvü Olavio Juninyo karyerasını Türkiyədə davam etdirə bilər. Day.Az Offsideplus.az-a istinadən xəbər verir ki, bu məlumatı Türkiyənin "Fotospor" nəşri yayıb. Məlumata görə, "Fənərbağça"nın skautları Azərbaycana gedib.
"Qarabağ"ın üzvü Türkiyə nəhənginin hədəfində - İDDİA

"Qarabağ"ın üzvü Olavio Juninyo karyerasını Türkiyədə davam etdirə bilər.
Day.Az Offsideplus.az-a istinadən xəbər verir ki, bu məlumatı Türkiyənin "Fotospor" nəşri yayıb.
Məlumata görə, "Fənərbağça"nın skautları Azərbaycana gedib. Onlar Ağdam təmsilçisinin Avropa Liqasının pley-offunda "Braqa"ya qarşı cavab matçında stadiondan oyunçunu izləyiblər. İstanbul klubunun braziliyalı hücumçu üçün araşdırmaları davam etdirəcəyi vurğulanıb.
Qeyd edək ki, Juninyo 2023-cü ilin yayından "Qarabağ"da oynayır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре