https://news.day.az/azerinews/1663177.html Tailandın Kralı Maha Vaçiralonqkorn Prezident İlham Əliyevi təbrik edib Tailandın Kralı Maha Vaçiralonqkorn Prezident İlham Əliyevi təbrik edib.Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:"Zati-aliləri.Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, möhkəm cansağlığı, xoşbəxtlik arzularımı çatdırır, ölkənizə, xalqınıza sülh, inkişaf və rifah diləyirəm.

Tailandın Kralı Maha Vaçiralonqkorn Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanca, 26 мая 2024 15:50 (UTC +04:00) 646
Tailandın Kralı Maha Vaçiralonqkorn Prezident İlham Əliyevi təbrik edib

Tailandın Kralı Maha Vaçiralonqkorn Prezident İlham Əliyevi təbrik edib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, möhkəm cansağlığı, xoşbəxtlik arzularımı çatdırır, ölkənizə, xalqınıza sülh, inkişaf və rifah diləyirəm.

Tailand ilə Azərbaycan arasında müxtəlif sahələrdə birgə fəaliyyətə əsaslanan, sürətlə inkişaf edən münasibətlər mövcuddur. İnanıram ki, ölkələrimizin və xalqlarımızın rifahı naminə ortaq qətiyyətimizlə və qarşılıqlı dəstəyimizlə ticarət, turizm, təhsil və təmiz enerji sahələrində əməkdaşlığımızın möhkəmlənməsi və genişlənməsi üçün sıx surətdə birgə işləməyə davam edəcəyik".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости