https://news.day.az/azerinews/1675379.html İtaliya ilə Orta Dəhliz çərçivəsində əməkdaşlıq müzakirə edildi İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko ilə görüşüb.Day.Az xəbər verir ki, görüşdə ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, iqtisadi-ticarət əməkdaşlığının dinamik surətdə inkişaf etməsindən məmnunluq ifadə olunub.

İtaliya ilə Orta Dəhliz çərçivəsində əməkdaşlıq müzakirə edildi

Azərbaycanca, 16 июля 2024 21:31 (UTC +04:00) 996
İtaliya ilə Orta Dəhliz çərçivəsində əməkdaşlıq müzakirə edildi

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko ilə görüşüb.

Day.Az xəbər verir ki, görüşdə ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, iqtisadi-ticarət əməkdaşlığının dinamik surətdə inkişaf etməsindən məmnunluq ifadə olunub.

Azərbaycan ilə İtaliya arasında əlaqələrin xüsusilə enerji sahəsindən başlandığı, sonra müxtəlif sahələri, o cümlədən, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat, kənd-təsərrüfatı, "yaşıl" enerji və digər sahələri əhatə etdiyi bildirilib.

Tərəflər ölkələrimizin səmərəli əməkdaşlığının gücləndirilməsi üçün birgə təşəbbüslərin dəstəklənməsinin vacibliyini, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində əməkdaşlıq potensialını vurğulayıblar.

Orta Dəhlizin inkişafı və bu çərçivədə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости