https://news.day.az/azerinews/1676490.html Bolqarıstanla əməkdaşlıq üzrə Müştərək Komissiyanın tərkibi barədə sərəncamda dəyişiklik edildi Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Bolqarıstanla əməkdaşlıq üzrə Müştərək Komissiyanın tərkibi barədə sərəncamda dəyişiklik edildi

Azərbaycanca, 22 июля 2024 15:36 (UTC +04:00) 570
Bolqarıstanla əməkdaşlıq üzrə Müştərək Komissiyanın tərkibi barədə sərəncamda dəyişiklik edildi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 203 (Cild I) adında və 1-ci hissəsinin birinci abzasında "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək" sözləri "İqtisadi əməkdaşlıq üzrə Azərbaycan−Bolqarıstan Hökumətlərarası" sözləri ilə əvəz edilib.

Xarici İşlər Nazirliyi bu sərəncamda edilən dəyişiklik barədə Bolqarıstan Respublikası tərəfinə müvafiq bildiriş göndərməlidir.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости