Azərbaycan və Qazaxıstanın Turizm Bələdçiləri Assosiasiyaları əməkdaşlıq memorandumu imzalayıb

Azərbaycan və Qazaxıstanın Turizm Bələdçiləri Assosiasiyaları əməkdaşlıq memorandumu imzalayıblar.
Trend xəbər verir ki, imzalanma mərasimi Qazaxıstanın Azərbaycandakı səfirliyinin binasında keçirilən Azərbaycan-Qazaxıstan turizm forumu çərçivəsində baş tutub.
Bundan başqa, forum çərçivəsində həmçinin iki ölkənin turizm agentliklərinin rəhbərlərinin В2В görüşlərinin sessiyası keçirilib.
Forumda Qazaxıstanın turizm sənayesinin nümayəndələri forum iştirakçılarına bu ölkənin populyar turizm marşrutları haqqında məlumat verib, Qazaxıstanın unikal və mənzərəli təbiətini nümayiş etdirib, həmçinin 8-14 sentyabr tarixlərində Astanada keçiriləcək 5-ci Ümumdünya Köçəri Oyunları haqqında ətraflı məlumat veriblər.
Qeyd edək ki, ötən il Azərbaycana 58 min qazaxıstanlı turist səfər edib. 2024-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycana 38 mindən çox qazaxıstanlı turist gəlib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре