Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezident İlham Əliyevə təşəkkür ediblər - FOTO
9-11 sentyabr tarixində Bakıda keçirilmiş Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçılarından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubları ünvanlanıb.
Day.Az xəbər verir ki, məktublarda Forumun təşkil olunmasına, eyni zamanda elm və təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq bildirilib.
Forum dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı alimlərin bir araya gələrək, ölkəmizin elmi, iqtisadi və mədəni inkişafına öz töhfələrini verəcəyi mühüm platforma kimi qiymətləndirilib. Azərbaycanın daha da güclənəcəyinə və dövlətin dəstəyi ilə elm sahəsində yeni uğurlara imza atılacağına inan ifadə edilib.
Forum iştirakçılarının Xankəndi və Şuşaya səfərlərinin mühüm tarixi, elmi, ictimai-siyasi hadisə kimi yaddaşlara həkk olunduğu qeyd edilib. Həmin səfərlər zamanı böyük sevinc və fəxarət hisslərinin yaşandığı vurğulanıb.
Məktublarla aşağıdakı linklərdən tanış olmaq mümkündür:
İlham Axundovdan, Vaterlo, Kanada " Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi (president.az)
Lev Eppelbaumdan, Təl-Əviv, İsrail " Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi (president.az)
Xədicə Zeynalovadan, Almaniya " Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi (president.az)
Murad Ömərovdan, Xarkov, Ukrayna " Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi (president.az)
Elşad Allahyarovdan, Klivlend, ABŞ " Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi (president.az)
Yulduz Rəhimovdan, Toronto, Kanada " Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi (president.az)
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре