Qadınlar hamiləlik dövründə izlənəcək

Gələn ilin ilk aylarından etibarən hamiləliyin onlayn izlənilməsi modulu istifadəyə veriləcək. Bu yeni proqram vasitəsilə hamilə qadınların sağlamlığı daha sıx nəzarət altında olacaq və ana ilə körpənin sağlamlığının qorunması istiqamətində daha effektiv tədbirlər görüləcək.

Day.Az xəbər verir ki, TƏBİB-in İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Departamentinin rəhbəri Zamirə Ədilova bildirib ki, son illərdə həm paytaxtda, həm də regionlarda ilkin səhiyyə mərkəzlərinə müraciət edənlər arasında ana və uşaqlar üstünlük təşkil edir. Buna görə də, qadın məsləhətxanalarının fəaliyyətinin gücləndirilməsi və hamilə qadınların müayinə və izlənmə proseslərinin təkmilləşdirilməsi üçün bir sıra davamlı tədbirlər həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edir.