https://news.day.az/azerinews/1711755.html Yeni əkilən ağac tingləri niyə çıxarılıb? - RƏSMİ CAVAB - VİDEO Sosial şəbəkələrdə Sabunçu rayonu ərazisində, Kürdəxanı-Pirşağı yolunun kənarında yeni əkilən ağac tinglərinin sonradan çıxarılması ilə bağlı görüntülər yayılıb.

Yeni əkilən ağac tingləri niyə çıxarılıb? - RƏSMİ CAVAB - VİDEO

Azərbaycanca, 30 ноября 2024 13:48 (UTC +04:00) 656
Yeni əkilən ağac tingləri niyə çıxarılıb?

Sosial şəbəkələrdə Sabunçu rayonu ərazisində, Kürdəxanı-Pirşağı yolunun kənarında yeni əkilən ağac tinglərinin sonradan çıxarılması ilə bağlı görüntülər yayılıb. 

Day.Az xəbər verir ki, məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən "Qafqazinfo"ya verilən açıqlamaya görə, rayon ərazisində yeni yaşıllıqların salınması, yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə sözügedən yerdə bir neçə gün əvvəl əkilmiş ağac tingləri obyektiv zərurət yarandığından çıxarılaraq Sabunçu qəsəbəsinin Şəhər şossesi küçəsində, yolun sağ hissəsindəki sahəyə köçürülüb.

"Buna səbəb tinglərin əkildiyi sahənin Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolu üzərindəki Kürdəxanı - Pirşağı qəsəbələri arasında layihələndirilən yol qovşağının tikintisi ərazisinə düşməsidir. 

Qeyd edək ki, Sabunçu rayonunda yaşıllaşdırma tədbirləri davam etdirilir, təkcə bu il ərzində rayon ərazisində 25 minə yaxın müxtəlif cinsli ağac tingləri əkilib", - deyə məlumatda qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости