https://news.day.az/azerinews/1731167.html DYP-dən yollarda sürüşmə ehtimalının artması ilə bağlı XƏBƏRDARLIQ - VİDEO Baş Dövlət Yol Polisi İdarəsi yollarda sürüşmə ehtimalının artması ilə bağlı xəbərdarlıq edib. Day.Az xəbər verir ki, bu barədə DYP məlumat yayıb. Bildirilib ki, hazırda respublika ərazisində yağmurlu hava şəraiti hökm sürür ki, bu da yollarda qəza riskini artırır.

DYP-dən yollarda sürüşmə ehtimalının artması ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

Azərbaycanca, 18 февраля 2025 15:58 (UTC +04:00) 606
DYP-dən yollarda sürüşmə ehtimalının artması ilə bağlı

Baş Dövlət Yol Polisi İdarəsi yollarda sürüşmə ehtimalının artması ilə bağlı xəbərdarlıq edib.

Day.Az xəbər verir ki, bu barədə DYP məlumat yayıb.

Bildirilib ki, hazırda respublika ərazisində yağmurlu hava şəraiti hökm sürür ki, bu da yollarda qəza riskini artırır.

"Xüsusilə çiskinli havalarda toz-qum, eləcə də avtomobil şinlərindən ayrılan xırda hissəciklər su ilə qarışaraq asfalt üzərində nazik təbəqə formalaşdırır ki, bu da əsasən səhər və axşam saatlarında sürüşmə ehtimalını dəfələrlə artırır. Həmçinin, unutmaq olmaz ki, su gölməçələri də şinlərin yerlə təmasını azaldır ki, bu da sürətlə hərəkət edən avtomobilin istiqamətini qəflətən dəyişə bilər.

Baş Dövlət Yol Polisi İdarəsi dumanlı, çiskinli havalarda görmə məsafəsinin əhəmiyyətli dərəcədə məhdudlaşmasını da nəzərə alaraq, bir daha sürücülərdən sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməyi, yağış sularının yaratdığı gölməçələrdən keçərkən ehtiyatlı olmağı, ətrafdakı insanları nəzərə almağı xahiş edir", - deyə məlumatda qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости