https://news.day.az/azerinews/1739343.html Aktauda Novruz bayramında Azərbaycan mədəniyyəti təqdim olunub - FOTO Qazaxıstanın Aktau şəhərində Novruz bayramı münasibətilə şəhər akimatının təşkil etdiyi tədbirdə Azərbaycan Respublikasının baş konsulluğu və Aktau şəhərində fəaliyyət göstərən "Dostluq" Etnomədəni İctimai Birliyi birgə iştirak edib.

Aktauda Novruz bayramında Azərbaycan mədəniyyəti təqdim olunub - FOTO

Azərbaycanca, 23 марта 2025 16:13 (UTC +04:00) 976
Aktauda Novruz bayramında Azərbaycan mədəniyyəti təqdim olunub

Qazaxıstanın Aktau şəhərində Novruz bayramı münasibətilə şəhər akimatının təşkil etdiyi tədbirdə Azərbaycan Respublikasının baş konsulluğu və Aktau şəhərində fəaliyyət göstərən "Dostluq" Etnomədəni İctimai Birliyi birgə iştirak edib.

AZƏRTAC-ın məlumatına görə, ortaq layihə çərçivəsində milli çadır qurulub, şəhər sakinləri milli yeməklərimizə, o cümlədən şəkərbura və paxlavaya qonaq edilib. Diaspor fəalları canlı musiqi ifa edib, milli geyimli gənclər qonaqlarla birlikdə rəqs ediblər. Milli çadır şəhər sakinlərinin böyük marağına səbəb olub. Tədbir iştirakçıları Azərbaycan xalqının ortaq adət-ənənələrə malik olduğunu əyani şəkildə görüblər.

Bayram tədbiri çərçivəsində Manqistau vilayətinin akimi (başçısı) Nurdaulet Kilıbay və vilayət rəsmiləri milli çadırı ziyarət ediblər, baş konsul Ayxan Süleymanlı və diaspor nümayəndələri ilə bayramlaşıblar.

Milli çadırı, həmçinin Türkiyənin və İranın Aktaudakı baş konsulları ziyarət ediblər və Azərbaycan milli yeməklərini dadıblar.

  • Aktauda Novruz bayramında Azərbaycan mədəniyyəti təqdim olunub

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости