Türkmənistan ilə Azərbaycan arasındakı əlaqələri qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıqla xarakterizə etmək olar

Türkmənistan-Azərbaycan dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsini xarakterizə edərkən onları üç sözlə ifadə edərdim: qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bub barədə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşü zamanı bildiribş

O qeyd edib ki, ümumilikdə Türkmənistan-Azərbaycan dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsini xarakterizə edərkən onları üç sözlə ifadə edərdim: qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq:

"Biz möhkəm tarixi bünövrəyə, iki xalqın ortaqlığına və qohumluğuna, bir-birinə qarşılıqlı ehtiyacının olması anlayışına, xalqlarımızın və dövlətlərimizin rifahı, onların əmin-almanlığı və tərəqqisi naminə məcmu siyasi, iqtisadi, resurs potensialından istifadə etməyə hazır olmağa əsaslanırıq".