https://news.day.az/azerinews/1770407.html "Qalatasaray"ın yarımmüdafiəçisi İtaliya klubunun transfer siyahısına düşüb "Qalatasaray"ın yarımmüdafiəçisi Yunus Akgün bu dəfə İtaliyanın başqa klubunun transfer siyahısına düşüb. Day.Az xəbər verir ki, "Napoli" 25 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır. Neapol təmsilçisinin rəhbərliyi Akgün üçün "Qalatasaray" rəsmiləri ilə danışıqlara başlayıb.

"Qalatasaray"ın yarımmüdafiəçisi İtaliya klubunun transfer siyahısına düşüb

Azərbaycanca, 27 июля 2025 17:25 (UTC +04:00) 468
"Qalatasaray"ın yarımmüdafiəçisi İtaliya klubunun transfer siyahısına düşüb

"Qalatasaray"ın yarımmüdafiəçisi Yunus Akgün bu dəfə İtaliyanın başqa klubunun transfer siyahısına düşüb.

Day.Az xəbər verir ki, "Napoli" 25 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır.

Neapol təmsilçisinin rəhbərliyi Akgün üçün "Qalatasaray" rəsmiləri ilə danışıqlara başlayıb. Ancaq Türkiyə çempionunun Yunusu buraxmaq fikrində olmadığı iddia edilir.

"Qalatasaray"ın yetirməsi olan türk futbolçu icarə əsasında "Adana Demirspor" və "Lester"də çıxış edib. Onun Türkiyə klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости