https://news.day.az/azerinews/1813581.html Onkoloji xəstələrin müalicəsi yalnız dövlət tibb müəssisələrində pulsuz olacaq Azərbaycanda əcnəbilərə təxirəsalınmaz onkoloji yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına göstəriləcək. Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Onkoloji yardım haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Onkoloji xəstələrin müalicəsi yalnız dövlət tibb müəssisələrində pulsuz olacaq

Azərbaycanca, 2 февраля 2026 16:05 (UTC +04:00) 416
Onkoloji xəstələrin müalicəsi yalnız dövlət tibb müəssisələrində pulsuz olacaq

Azərbaycanda əcnəbilərə təxirəsalınmaz onkoloji yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına göstəriləcək.

Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Onkoloji yardım haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin onkoloji müəssisələrdə müayinə və müalicəsi ödənişli əsaslarla həyata keçirilir.

Qanun layihəsinə əsasən, onlara təxirəsalınmaz onkoloji yardım isə ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına göstəriləcək.

Həmçinin, dövlət onkoloji xəstələrin dispanserizasiyası, müayinə, müalicə və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin, dövlət onkoloji xidmət strukturlarının yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsinə, dövlət tibb müəssisələrində müalicə-diaqnostika təchizatına və yüksək effektli dərman vasitələrinə, o cümlədən narkotik və qeyri-narkotik ağrıkəsici preparatlara olan tələbatın tam təmin edilməsinə təminat verəcək.

Onkoloji yardım göstərən dövlət tibb müəssisələrində onkoloji xəstələrin dərman vasitələri ilə təminatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçiriləcək.

Onkoloji yardım göstərən dövlət tibb müəssisələrində onkoloji xəstələrin müalicəsi üçün illik ayrılan dərman vasitələrinin, o cümlədən narkotik və qeyri-narkotik ağrıkəsici preparatların siyahısı və miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости