https://news.day.az/azerinews/1833763.html
Lassa: Yeni virus yayıldı, əlamətləri bunlardır - Ölənlərin sayı 190-a ÇATDI
Nigeriyada yayılan Lassa qızdırması səbəbindən bu ilin əvvəlindən ölənlərin sayı 190-a yüksəlib. Day.Az xəbər verir ki, ölkənin Xəstəliyə Nəzarət Mərkəzi virusun müxtəlif bölgələrdə yayılmağa davam etdiyini açıqlayıb. Qurumun məlumatına görə, xəstəlik üzrə ölüm faizi ötən illə müqayisədə artaraq 25,2 faizə çatıb.
Lassa: Yeni virus yayıldı, əlamətləri bunlardır - Ölənlərin sayı 190-a ÇATDI
Nigeriyada yayılan Lassa qızdırması səbəbindən bu ilin əvvəlindən ölənlərin sayı 190-a yüksəlib.
Day.Az xəbər verir ki, ölkənin Xəstəliyə Nəzarət Mərkəzi virusun müxtəlif bölgələrdə yayılmağa davam etdiyini açıqlayıb.
Qurumun məlumatına görə, xəstəlik üzrə ölüm faizi ötən illə müqayisədə artaraq 25,2 faizə çatıb. Gec diaqnoz və insanların vaxtında həkimə müraciət etməməsi əsas problemlərdən sayılır.
Lassa virusu əsasən gəmiricilərdən insana keçir, həmçinin insanlar arasında da yayıla bilir. Rəsmilər əhaliyə siçan və digər gəmiricilərlə təmasdan çəkinməyi tövsiyə edir.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре