https://news.day.az/azerinews/1836355.html Tailand Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb Tailandın Kralı Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhua Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir: "Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Tailand Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Azərbaycanca, 21 мая 2026 16:53 (UTC +04:00) 846
Tailand Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Tailandın Kralı Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhua Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizə, xalqınıza əmin-amanlıq və firavanlıq arzu edirəm.

Tailand ilə Azərbaycan arasında 30 ildən artıq davam edən, qarşılıqlı anlaşmaya və ortaq dəyərlərə əsaslanan dostluq münasibətləri əhəmiyyətli dərəcədə inkişaf etmişdir.

Qəti şəkildə əminəm ki, biz güclü iradəmizlə ölkələrimizin və xalqlarımızın mənafeyi naminə dostluq münasibətlərimizi möhkəmləndirmək, xüsusilə ticarət, investisiya və turizm sahələrində ikitərəfli əməkdaşlığımızın inkişafı istiqamətində fəaliyyətimizi davam etdirərək birgə səylərimizi daha da artıracağıq".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости