https://news.day.az/azerinews/1844808.html
Sabah bu rayonlarda bəzi hissələrdə qaz kəsiləcək
Sabah Masallı və Astara rayonlarının bəzi yaşayış məntəqələrində təbii qazın verilişi müvəqqəti dayandırılacaq. Day.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Sabah bu rayonlarda bəzi hissələrdə qaz kəsiləcək
Sabah Masallı və Astara rayonlarının bəzi yaşayış məntəqələrində təbii qazın verilişi müvəqqəti dayandırılacaq.
Day.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Məlumata görə, payız-qış mövsümünə hazırlıq çərçivəsində aparılan təmir-bərpa işləri ilə əlaqədar iyunun 30-da saat 10:00-dan işlər başa çatanadək Masallı rayonunun Hişkədərə, Astara rayonunun isə Pensər, Kakalos, Bala Şahağacı və Qamışoba kəndlərində qaz təchizatında müvəqqəti fasilə olacaq.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре