https://news.day.az/azerinews/1859106.html Çin limanında gəmidə yanğın – 20 nəfər həlak olub Çinin Çindao limanında yük gəmisində yanğının meydana gəlməsindən sonra ən azı 20 nəfər ölüb, beş nəfər isə itkin düşüb. Day.Az xəbər verir ki, bu haqda Çin dövlət mediasının məlumatında deyilib. Gəmi Çinin şimal-şərq sahilində yerləşən və mühüm gəmiçilik mərkəzi olan Çindao limanında "Beihai Shipbuilding Co".

Çin limanında gəmidə yanğın – 20 nəfər həlak olub

Azərbaycanca, 10 сентября 2026 16:00 (UTC +04:00) 216
Çin limanında gəmidə yanğın

Çinin Çindao limanında yük gəmisində yanğının meydana gəlməsindən sonra ən azı 20 nəfər ölüb, beş nəfər isə itkin düşüb.

Day.Az xəbər verir ki, bu haqda Çin dövlət mediasının məlumatında deyilib.

Gəmi Çinin şimal-şərq sahilində yerləşən və mühüm gəmiçilik mərkəzi olan Çindao limanında "Beihai Shipbuilding Co". şirkətinin tərsanəsində təmir üçün yan almışdı.

Sinxua xəbər agentliyinin yaydığı fotoda gəminin adı "Ocean Melody" kimi göstərilib. Gəmi izləmə saytı "VesselFinder"in məlumatına görə, gəmi Liberiya bayrağı altında üzür.

Sinxuanın məlumatına görə, gəmidə ümumilikdə 42 nəfər olub. Onlardan 12-si təhlükəsiz şəkildə təxliyə edilib. Beş nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb və onların vəziyyəti stabil olaraq qiymətləndirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости