“Yaşıl dalğa” rejimi tətbiq edilən yollar açıqlanıb
Yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxtın 7 prospektində və 11 küçəsində "Yaşıl dalğa" rejimi tətbiq edilir.
Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
"Yaşıl dalğa" rejiminin tətbiq edildiyi küçə və prospektlər bunlardır:
1. Rəşid Behbudov küçəsi;
2. Mikayıl Müşfiq küçəsi;
3. 28 May küçəsi;
4. Bülbül prospekti;
5. Yusif Səfərov küçəsi;
6. Məhəmməd Füzuli küçəsi;
7. Akademik Həsən Əliyev küçəsi;
8. Əhməd bəy Ağaoğlu küçəsi;
9. Şah İsmayıl Xətai prospekti;
10. Fətəli xan Xoyski prospekti;
11. Atatürk prospekti;
12. Üzeyir Hacıbəyli küçəsi;
13. Azadlıq prospekti;
14. Əbduləzəl Dəmirçizadə küçəsi;
15. Əsəd Əhmədov küçəsi;
16. Abbas Mirzə Şərifzadə küçəsi;
17. Qara Qarayev prospekti;
18. 8 Noyabr prospekti.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре