https://news.day.az/azerinews/1860746.html Bakıda oğurluq edənlər tutuldu Xəzər rayonu ərazisində yerləşən iki mağazadan oğurluq edilib. Hadisələr nəticəsində obyektlərdən ümumilikdə 1000 manat nağd pul, 3800 manat dəyərində kompüter, spirtli içki və tütün məmulatları talanıb.

Bakıda oğurluq edənlər tutuldu

Azərbaycanca, 17 сентября 2026 14:50 (UTC +04:00) 209
Bakıda oğurluq edənlər tutuldu

Xəzər rayonu ərazisində yerləşən iki mağazadan oğurluq edilib. Hadisələr nəticəsində obyektlərdən ümumilikdə 1000 manat nağd pul, 3800 manat dəyərində kompüter, spirtli içki və tütün məmulatları talanıb. 

Day.Az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 20 yaşlı E.Nadirov, 23 yaşlı İ.Ağabalayev və 18 yaşlı Y.Quliyev müəyyən olunaraq saxlanılıblar.

Yasamal rayonunda isə evlərin birindən 1250 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 53 yaşlı Q.Əliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости