Gözlər insult riskini illər əvvəl göstərə bilər
London Universitet Kollecinin alimləri gözün tor qişasının skanının qulaqcıqların fibrilyasiyası (QF) riskini xəstəlik aşkarlanmadan illər əvvəl müəyyənləşdirməyə kömək edə biləcəyini açıqlayıblar.
Day.Az xəbər verir ki, tədqiqatçılar 89 mindən çox insanın məlumatlarını araşdırıb və QF olan şəxslərdə tor qişanın daha nazik olduğunu müəyyən ediblər. Bu dəyişikliklər sonradan QF diaqnozu alan insanlarda da xəstəxanaya müraciətdən orta hesabla dörd il əvvəl müşahidə olunub.
Alimlərin fikrincə, göz müayinəsi QF və bununla əlaqəli insult riski yüksək olan şəxslərin erkən müəyyənləşdirilməsində əlavə vasitə ola bilər. Lakin bu üsul elektrokardioqrafiyanı (EKQ) əvəz etmir və nəticələrin təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac var.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре