Melatonin çatışmazlığı xərçəng riskini artıra bilər
Melatonin yuxu zamanı, xüsusilə qaranlıqda ifraz olunan hormondur.
Day.Az xəbər verir ki, onkoloq İvan Karasevin sözlərinə görə, melatonin çatışmazlığı orqanizmdə qocalma prosesini sürətləndirə və xərçəng riskinə təsir göstərə bilər.
Həkim bildirib ki, gecə növbəsində işləyən və yuxu rejimi pozulan insanlarda bəzi xərçəng növlərinin yaranma riski daha yüksək ola bilər. Xüsusilə qadınlarda döş, yumurtalıq və yoğun bağırsaq xərçəngi ilə əlaqə qeyd olunur.
Karasev melatonini artırmaq üçün ilk növbədə sağlam yuxu rejiminə diqqət yetirməyi və tam qaranlıqda yatmağı tövsiyə edib. O, melatonin preparatını özbaşına qəbul etməkdənsə, orqanizmin təbii melatonin istehsalını dəstəkləməyin daha məqsədəuyğun olduğunu vurğulayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре