https://news.day.az/azerinews/1861577.html Payızda saç tökülməsi artır: Səbəbi nədir? Payız aylarında saç tökülməsinin artması bir çox insanda müşahidə olunur və bu, saç follikullarının mövsümi dövrləri ilə əlaqəli ola bilər. Day.Az xəbər verir ki, araşdırmalara görə, avqust-sentyabr aylarında tökülən saçların sayı arta, saçların böyümə mərhələsində olan follikulların payı isə azala bilər.

Payızda saç tökülməsi artır: Səbəbi nədir?

Azərbaycanca, 22 сентября 2026 06:51 (UTC +04:00) 204
Payızda saç tökülməsi artır:

Payız aylarında saç tökülməsinin artması bir çox insanda müşahidə olunur və bu, saç follikullarının mövsümi dövrləri ilə əlaqəli ola bilər.

Day.Az xəbər verir ki, araşdırmalara görə, avqust-sentyabr aylarında tökülən saçların sayı arta, saçların böyümə mərhələsində olan follikulların payı isə azala bilər.

Lakin saç tökülməsini yalnız mövsümlə əlaqələndirmək düzgün deyil. Güclü stress, xəstəlik, sürətli çəki itkisi, ciddi pəhriz, doğuş, əməliyyat və bəzi qida çatışmazlıqları da müvəqqəti saç tökülməsinə səbəb ola bilər. Sağlam insanlarda gündə təxminən 50-100 saç telinin tökülməsi normal sayılır.

Tökülmə uzun müddət davam edirsə, nəzərəçarpacaq dərəcədə artırsa və ya saçda seyrəlmə, keçəlləşmə ocaqları, qaşınma və qabıqlanma yaranırsa, bunu sadəcə mövsümi dəyişiklik kimi qiymətləndirmək olmaz. Belə hallarda səbəbin müəyyənləşdirilməsi üçün dermatoloqa müraciət etmək tövsiyə olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости