Putin Trampla görüşməyə hazırdır - Kreml
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla yeni şəxsi görüş keçirməyə hazırdır, lakin bunun konkret vaxtı hələ müəyyən edilməyib.
Day.Az xəbər verir ki, Rusiya KİV-nin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, hazırda yüksək səviyyəli görüşlərlə bağlı heç bir konkretlik yoxdur. Bununla yanaşı, Peskov Putinin Rusiya-ABŞ görüşünə hazır olduğunu vurğulayıb.
"Prezidentlər Putin və Tramp telefon danışıqları zamanı həqiqətən də həmişə zərurət yaranacağı təqdirdə, zamanla daha bir görüş keçirməyə hazır olduqlarını vurğulayırlar", - Kremlin nümayəndəsi əlavə edib.
Sonuncu dəfə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp 15 avqust 2025-ci ildə ABŞ-nin Alyaska ştatının Ankoric şəhərində üzbəüz görüşüblər. Görüş zamanı Rusiya-Ukrayna müharibəsinin dayandırılması və digər məsələlər müzakirə olunub, lakin yekunda hər hansı sənəd imzalanmayıb
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре