Telefonun bu funksiyaları fövqəladə vəziyyətdə kömək edə bilər
Müasir Android və iPhone smartfonlarında fövqəladə vəziyyətlər üçün bir sıra təhlükəsizlik funksiyaları mövcuddur.
Day.Az xəbər verir ki, istifadəçilər tibbi məlumatlarını, qan qrupu və allergiyalarını, həmçinin təcili əlaqə saxlanılacaq şəxslərin nömrələrini əvvəlcədən qeyd edə bilərlər.
Bəzi cihazlarda avtomobil qəzasının aşkarlanması, təbii fəlakət və zəlzələ xəbərdarlıqları da dəstəklənir.
Android telefonlarında "Emergency SOS" funksiyası güc düyməsinə ardıcıl beş dəfə basmaqla aktivləşdirilə bilər. "Safety Check" isə müəyyən vaxt ərzində istifadəçidən təhlükəsizliyini təsdiqləməsini tələb edir və cavab alınmadıqda seçilmiş şəxslərə məlumat göndərə bilir. Dəstəklənən yeni modellərdə mobil şəbəkə və Wi-Fi olmadıqda peyk vasitəsilə yardım istəmək də mümkündür.
iPhone istifadəçiləri "Medical ID", "Emergency SOS", qəza aşkarlanması və "Check In" funksiyalarından yararlana bilərlər. "Check In" vasitəsilə yaxınlara mənzilbaşına təhlükəsiz çatdığını bildirmək mümkündür. Qəza aşkarlanması və peyk bağlantısı kimi imkanların işləməsi isə cihaz modelindən, ölkədən və xidmətin dəstəklənməsindən asılıdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре