https://news.day.az/azerinews/1862253.html
Bu gün axşamdan hava kəskin dəyişir - XƏBƏRDARLIQ
Bu gün axşam Quba-Qusar bölgəsində, sentyabrın 25-də isə günün birinci yarısında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.
Bu gün axşamdan hava kəskin dəyişir - XƏBƏRDARLIQ
Bu gün axşam Quba-Qusar bölgəsində, sentyabrın 25-də isə günün birinci yarısında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.
Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ayrı-ayrı ərazilərdə yağışın qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı bildirilir. Həmçinin Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре