https://news.day.az/azerinews/1862403.html Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama Azərbaycan Banklar Assosiasiyası (ABA) ödəniş kartlarının və elektron pula bağlı ödəniş hesablarının sayına tətbiq edilən risk əsaslı yanaşma ilə bağlı açıqlama yayıb.

Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama

Azərbaycanca, 24 сентября 2026 22:13 (UTC +04:00) 218
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama

Azərbaycan Banklar Assosiasiyası (ABA) ödəniş kartlarının və elektron pula bağlı ödəniş hesablarının sayına tətbiq edilən risk əsaslı yanaşma ilə bağlı açıqlama yayıb.

Day.Az xəbər verir ki, Milli.Az-ın məlumatına görə, açıqlamada bildirilib ki, mövcud qaydalara əsasən, əməkhaqqı, pensiya və digər sosial ödənişlər üçün nəzərdə tutulan kartlar, sahibkarlıq hesablarına bağlı ödəniş kartları, eləcə də depozit hesablarına bağlı kartlar istisna olmaqla, hər bir bankın təqdim etdiyi hər bir kart məhsulu üzrə milli valyutada 1, xarici valyutada isə 1 ödəniş kartı nəzərdə tutulur.

Bu o deməkdir ki, müştəri bankın təqdim etdiyi müxtəlif kart məhsullarının hər biri üzrə ayrıca kart əldə edə bilər.

Elektron pula bağlı ödəniş hesabları üzrə isə baza yanaşması milli valyutada 2 hesab, hər bir xarici valyuta üzrə isə 1 hesab müəyyən edir.

ABA onu da qeyd edib ki, bu limitlər baza xarakterlidir və qəti məhdudiyyət kimi tətbiq olunmur. Risk əsaslı yanaşma çərçivəsində istifadəçi kart və ya elektron pul hesabından istifadə məqsədini əsaslandıra bildiyi, əməliyyatların müştəri barədə mövcud məlumatlarla uyğun olduğu və hesabların qeyri-qanuni məqsədlər üçün istifadə edilmədiyinə əminlik yarandığı halda, bank və ya elektron pul təşkilatı həmin limitləri konkret müştəri üzrə artıra bilər.

Assosiasiya vurğulayıb ki, yanaşmanın məqsədi vətəndaşların ödəniş imkanlarını məhdudlaşdırmaq deyil, risklərin daha effektiv idarə olunmasını təmin etmək və təhlükəsiz, dayanıqlı ödəniş ekosistemi formalaşdırmaqdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости