https://news.day.az/azerinews/1862660.html Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir? Xəbər veridiymiz kimi, sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan "Neuberger Berman"ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib. Qeyd edək ki, Corc Volker Neuberger Berman şirkətinin İdarə Heyətinin sədri və Baş icraçı direktorudur.

Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?

Azərbaycanca, 25 сентября 2026 18:16 (UTC +04:00) 203
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?

Xəbər veridiymiz kimi, sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan "Neuberger Berman"ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib.

Qeyd edək ki, Corc Volker Neuberger Berman şirkətinin İdarə Heyətinin sədri və Baş icraçı direktorudur.

1939-cu ildə yaradılmış və baş ofisi Nyu-Yorkda yerləşən Neuberger Berman qlobal investisiya idarəetmə şirkətidir. Şirkətin idarə etdiyi aktivlərin həcmi 613 milyard ABŞ dolları təşkil edir. Neuberger Berman 26 ölkədə fəaliyyət göstərən ofisləri vasitəsilə həm açıq, həm də özəl bazarlara investisiyalar həyata keçirir.

Corc Volker 2025-ci ilin sentyabr ayında Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb. Görüş zamanı Azərbaycan ilə Neuberger Berman arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Neuberger Berman ilə əməkdaşlığı 2015-ci ildə başlayıb.
ARDNF özəl kapital, özəl borc, ikinci bazar investisiyaları və birgə investisiya layihələri istiqamətlərində Neuberger Berman tərəfindən idarə olunan investisiya alətlərinə ümumilikdə 775 milyon ABŞ dolları həcmində vəsait ayırıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости