https://news.day.az/azerinews/1862876.html SOCAR İtaliya futbol millisinin "Baş Qlobal Enerji Sponsoru" olacaq - FOTO SOCAR İtaliyanın kişilərdən və qadınlardan ibarət milli futbol komandalarının "Baş Qlobal Enerji Sponsoru" olacaq. SOCAR-dan verilən məlumata görə, bu, şirkətlə İtaliya Futbol Federasiyası arasında imzalanan Strateji Əməkdaşlığa dair Müqavilədə öz əksini tapıb.

SOCAR İtaliya futbol millisinin "Baş Qlobal Enerji Sponsoru" olacaq - FOTO

Azərbaycanca, 26 сентября 2026 14:54 (UTC +04:00) 207
SOCAR İtaliya futbol millisinin "Baş Qlobal Enerji Sponsoru" olacaq

SOCAR İtaliyanın kişilərdən və qadınlardan ibarət milli futbol komandalarının "Baş Qlobal Enerji Sponsoru" olacaq.

SOCAR-dan verilən məlumata görə, bu, şirkətlə İtaliya Futbol Federasiyası arasında imzalanan Strateji Əməkdaşlığa dair Müqavilədə öz əksini tapıb.

İmzalanma sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutub.

Sənədə əsasən, SOCAR 1 yanvar 2027-ci il tarixindən 31 dekabr 2030-cu il tarixinədək dörd il müddətinə İtaliyanın kişilərdən və qadınlardan ibarət milli futbol komandalarının "Baş Qlobal Enerji Sponsoru" olacaq. Tərəfdaşlığın 2032-ci ilədək əlavə iki il uzadılması imkanı da nəzərdə tutulur.

Qeyd olunub ki, bu tərəfdaşlıq SOCAR-ın İtaliyada uzunmüddətli fəaliyyətə verdiyi önəmin göstəricisi olmaqla yanaşı, şirkətin ənənələri, eləcə də nailiyyətləri ilə bütün dünyada tanınan İtaliya futbolunun gələcək inkişafına töhfə vermək niyyətini nümayiş etdirir.

  • SOCAR İtaliya futbol millisinin "Baş Qlobal Enerji Sponsoru" olacaq

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости