Xərçəng riskini artıran infeksiyalar: Beş əsas patogenə diqqət
Yeni araşdırmaya görə, 2024-cü ildə dünyada qeydə alınan xərçəng hallarının təxminən 12 faizi infeksiyalarla əlaqəli olub. Bu, 2,3 milyona yaxın yeni xəstəlik deməkdir. Ən çox əlaqələndirilən infeksiyalar arasında Helicobacter pylori (H. pylori), insan papilloma virusu (HPV), hepatit B (HBV), Epstein-Barr (EBV) və hepatit C (HCV) virusları yer alıb.
Day.Az xəbər verir ki, araşdırmada H. pylori infeksiyasının təxminən 760 min, HPV-nin isə 750 min yeni xərçəng hadisəsi ilə əlaqəli olduğu bildirilib.
H. pylori geniş yayılsa da, əksər insanlarda əlamət yaratmır; bəzi hallarda isə mədə xorası və mədə xərçəngi riskini artıra bilər. HPV və HBV-yə qarşı peyvəndləmə isə qarşısının alınmasında mühüm vasitələrdən hesab olunur.
Tədqiqatçılar infeksiyaların vaxtında aşkarlanması, müalicəsi və profilaktikasının xərçəng hallarının azalmasına kömək edə biləcəyini vurğulayırlar. İnfeksiyalarla əlaqəli xərçənglərin böyük hissəsinin aşağı və orta gəlirli ölkələrdə qeydə alındığı, buna görə də peyvənd, skrininq və müalicəyə çıxışın genişləndirilməsinin vacib olduğu qeyd edilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре