Yalnızlıq ömrü qısaldır: Kişilər daha çox risk altındadır
Yeni araşdırmaya görə, yalnızlıq və sosial izolyasiya insanların xəstəliksiz yaşadığı müddətin qısalması ilə əlaqəlidir.
Day.Az xəbər verir ki, "Nature Communications" jurnalında yayımlanan tədqiqatda 40-69 yaş aralığında 277 489 nəfərin məlumatları təhlil edilib.
Nəticələr göstərib ki, yalnızlıq və sosial izolyasiya yaşayan qadınların fiziki xəstəliklərdən uzaq ömrü orta hesabla 2,4 il, kişilərin isə 1,7 il daha qısa olub. Psixi sağlamlıq baxımından fərq daha böyükdür: bu göstərici qadınlarda 3,7 il, kişilərdə isə 5,8 il təşkil edib.
Mütəxəssislər bildirirlər ki, sosial izolyasiya sosial əlaqələrin azlığı, yalnızlıq isə mövcud münasibətlərdən narazılıq və təklik hissi ilə bağlıdır. Araşdırma müşahidə xarakterli olduğundan yalnızlığın xəstəliklərə birbaşa səbəb olduğunu sübut etmir. Sağlam qidalanma, fiziki aktivlik, kifayət qədər yuxu və siqaretdən uzaq durmaq isə risklərin bir hissəsini azalda bilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре