https://news.day.az/azerinews/1863482.html Azərbaycan və Rusiya hüquq sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Rusiya Federasiyası Ali Məhkəməsinin sədri İqor Krasnov hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Day.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, görüş sentyabrın 29-da Moskvada keçirilib.

Azərbaycan və Rusiya hüquq sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

Azərbaycanca, 29 сентября 2026 17:55 (UTC +04:00) 170
Azərbaycan və Rusiya hüquq sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Rusiya Federasiyası Ali Məhkəməsinin sədri İqor Krasnov hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Day.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, görüş sentyabrın 29-da Moskvada keçirilib. Tərəflər institusional əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, hüquq təhsili və kadrların peşə hazırlığı məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Birgə elmi-praktik tədbirlərin və təlimlərin təşkili imkanları da müzakirə olunub.

Kamran Əliyev iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı hüquqi yardım, cinayətkarlığa qarşı mübarizə və məlumat mübadiləsi sahələrində əməkdaşlığın davam etdiyini bildirib. İqor Krasnov isə azərbaycanlı həmkarları ilə uzunmüddətli əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib.

Görüşdə Kamran Əliyev İqor Krasnova "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)" yubiley medalını təqdim edib.

  • Azərbaycan və Rusiya hüquq sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости