Azərbaycanla Sudan arasında hərbi-texniki əməkdaşlığın inkişafı müzakirə edilib - FOTO
Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlığın inkişafı müzakirə edilib.
Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakı Ekspo Mərkəzində "ADEX" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizin bir sıra qabaqcıl müdafiə sənayesi şirkətləri ilə hərbi-texniki əməkdaşlığının inkişaf etdirilməsinə dair bir sıra görüşlər keçirilir.
Sentyabrın 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Sudan Respublikasının müdafiə naziri general-leytenant Hassan Daoud Kabron Kayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Tərəflər ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlığın rolu, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре