https://news.day.az/azerinews/1864424.html Azərbaycan və İran XİN rəhbərləri münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər Azərbaycan və İran XİN rəhbərləri münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər. Day.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Azərbaycan və İran XİN rəhbərləri münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər

Azərbaycanca, 3 октября 2026 15:09 (UTC +04:00) 151
Azərbaycan və İran XİN rəhbərləri münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər

Azərbaycan və İran XİN rəhbərləri münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər.

Day.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı aparılıb.

Telefon danışığı zamanı nazir Ceyhun Bayramov həmkarı Seyid Abbas Əraqçinin bacısının vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verib, mərhumun ailəsinə və yaxınlarına səbir diləyib.

Nazirlər Azərbaycanla İran münasibətlərin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

Söhbət zamanı, həmçinin regionda mövcud vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Regional sülh, sabitlik və təhlükəsizliyin təmin olunması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və regional əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyi qeyd olunub.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости