https://news.day.az/azerinews/1864933.html Barselonanı iğtişaşlar bürüdü - 28 polis əməkdaşı yaralanıb - FOTO Mənzil böhranı ilə əlaqədar İspaniyanın Barselona şəhərində keçirilən etiraz aksiyasında iğtişaşlar meydana gəlib. Nümayiş iştirakçılarından bir qrupla asayış keşikçiləri arasında toqquşmalar yaşanıb. Day.Az xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.

Barselonanı iğtişaşlar bürüdü - 28 polis əməkdaşı yaralanıb - FOTO

Azərbaycanca, 6 октября 2026 11:55 (UTC +04:00) 172
Barselonanı iğtişaşlar bürüdü

Mənzil böhranı ilə əlaqədar İspaniyanın Barselona şəhərində keçirilən etiraz aksiyasında iğtişaşlar meydana gəlib. Nümayiş iştirakçılarından bir qrupla asayış keşikçiləri arasında toqquşmalar yaşanıb.

Day.Az xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, bazar ertəsi axşam Kataloniya paytaxtında keçirilən mitinq başa çatdıqdan sonra asayiş keşikçiləri etirazçılara ərazini tərk etmələri barədə xəbərdarlıq edib, lakin onların çoxu dağılışmayıb. Aksiya iştirakçılarından ibarət bir qrup polis əməkdaşlarına şüşə qablar və digər bərk əşyalar atmağa başlayıb. Yerli vaxtla saat 22:15-də (Bakı vaxtı ilə 00:15) hüquq-mühafizə orqanlarının əməkdaşları asayişi pozan şəxslərə qarşı güc tətbiq edib. Həmin şəxslər zibil konteynerlərini də yandırıblar.

Nəticədə 13 nəfər, o cümlədən bir yetkinlik yaşına çatmayan şəxs saxlanılıb. Ən azı 28 polis əməkdaşı xəsarət alıb.

Son günlər İspaniyanın müxtəlif şəhərlərində mənzil böhranı fonunda etiraz aksiyaları keçirilib. Belə ki, sentyabrın 26-da Madriddə 70 il yaşadığı kirayə mənzili tərk etməyə məcbur olan yaşlı qadının evdən çıxarılmasından sonra böyük nümayiş keçirilib. Aksiya iştirakçıları mənzil böhranının qarşısının alınması üçün səmərəli tədbirlərin görülməsini də tələb ediblər. Mitinqdən sonra yüzlərlə insan paytaxtın mərkəzi meydanlarından birində çadır düşərgəsi qurub. Daha sonra məlum olub ki, mənzilin sahibi olan şirkətlə razılıq əldə edildikdən sonra qadın evinə qayıda biləcək. Madriddən sonra ölkənin digər şəhərlərində də analoji aksiyalar təşkil olunub.

  • Barselonanı iğtişaşlar bürüdü
  • Barselonanı iğtişaşlar bürüdü
  • Barselonanı iğtişaşlar bürüdü
  • Barselonanı iğtişaşlar bürüdü
  • Barselonanı iğtişaşlar bürüdü
  • Barselonanı iğtişaşlar bürüdü
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости