https://news.day.az/azerinews/1865019.html Bakı Limanı Orta Dəhlizdə özəl operatorların iştirakının artırılmasını vacib sayır Orta Dəhlizin inkişafı çərçivəsində fiziki infrastrukturla yanaşı Avropa və Çin şirkətlərinin, eləcə də beynəlxalq logistika operatorlarının marşrut üzrə layihələrə daha fəal cəlb olunması vacibdir.

Bakı Limanı Orta Dəhlizdə özəl operatorların iştirakının artırılmasını vacib sayır

Azərbaycanca, 6 октября 2026 15:45 (UTC +04:00) 187
Bakı Limanı Orta Dəhlizdə özəl operatorların iştirakının artırılmasını vacib sayır

Orta Dəhlizin inkişafı çərçivəsində fiziki infrastrukturla yanaşı Avropa və Çin şirkətlərinin, eləcə də beynəlxalq logistika operatorlarının marşrut üzrə layihələrə daha fəal cəlb olunması vacibdir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin tabeliyindəki "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktorunun məsləhətçisi Xudayar Həsənli çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.

O bildirib ki, qarşıdakı 3-5 il ərzində Orta Dəhliz üzrə yükdaşımaların həcminin artacağı gözlənilir.

"Geosiyasi şərait fonunda marşrutun daha etibarlı və dayanıqlı nəqliyyat bağlantısına çevrilməsi üçün infrastrukturun inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Biz daha çox konteynerləşdirilmiş yüklərin daşınmasını təmin etmək üçün konteyner terminalı tikməyi planlaşdırırıq. Eyni zamanda, gübrə terminalının yaradılması nəzərdə tutulur. Bundan əlavə, dəmir yolları, terminallar, anbarlar və digər əsas infrastruktur obyektlərinin inkişafına ehtiyac var", - deyə X.Həsənli bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökumətinin fiziki və əsas infrastrukturun inkişafına investisiya yatırması ilə yanaşı, Orta Dəhlizdə iştirak edən digər ölkələrin hökumətləri də bu istiqamətdə sərmayələri artırmalıdır.

"Ancaq Avropa ölkələrində fəaliyyət göstərən əsas operatorların, Çin şirkətlərinin və digər beynəlxalq şirkətlərin də bu dəhlizin inkişafına töhfə verməsini görmək daha yaxşı olardı. Çünki söhbət yalnız dəhlizin keçdiyi ölkələrdən getmir. Burada Mərkəzi Asiya, Çin və Avropa ölkələrində yerləşən idxalçı və ixracatçılar da əsas iştirakçılardır", - deyə o qeyd edib.

X.Həsənli vurğulayıb ki, özəl sektorun, xüsusilə logistika şirkətlərinin və operatorların prosesə daha fəal qoşulması bazarın tələblərinin əvvəlcədən müəyyənləşdirilməsinə və dəhlizin inkişafının real ehtiyaclara uyğun qurulmasına imkan verə bilər.

"Real sektor, operatorlar və logistika şirkətləri bazardakı tələblər barədə daha çox məlumatlıdırlar. Onların iştirakı digər şirkətlərin, o cümlədən Avropa operatorlarının Orta Dəhlizə gəlməsinə və öz töhfələrini verməsinə şərait yarada bilər", - deyə X.Həsənli bildirib.

O əlavə edib ki, Orta Dəhlizin inkişafının əsas məqsədi yalnız fiziki infrastruktur yaratmaq deyil.

"Biz təkcə fiziki infrastruktur yaratmaq istəmirik. Eyni zamanda koordinasiya, planlaşdırma, qrafiklərin uyğunlaşdırılması və səmərəliliyin təmin olunması üzərində işləyirik. Dəhlizin bütün iştirakçıları arasında birgə fəaliyyət onun daha etibarlı və səmərəli marşruta çevrilməsinə imkan verəcək", - deyə X.Həsənli vurğulayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости