https://news.day.az/azerinews/1865042.html Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı Bu ildən Həcc ziyarətinə yollanacaq azərbaycanlı zəvvarlarla bağlı yeni tibbi tələblər qüvvəyə minəcək. Day.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı bu qaydaları ötən ildən tətbiq edir. Tələblərə əməl etməyən bəzi Həcc missiyalarının cərimələndiyi bildirilir.

Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı

Azərbaycanca, 6 октября 2026 17:00 (UTC +04:00) 202
Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı

Bu ildən Həcc ziyarətinə yollanacaq azərbaycanlı zəvvarlarla bağlı yeni tibbi tələblər qüvvəyə minəcək.

Day.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı bu qaydaları ötən ildən tətbiq edir. Tələblərə əməl etməyən bəzi Həcc missiyalarının cərimələndiyi bildirilir.

Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc elektron şöbəsinin rəhbəri Vüsal Cahangirinin sözlərinə görə, azərbaycanlı zəvvarların əksəriyyəti gənc və orta yaşlı şəxslərdir. Buna görə də yeni məhdudiyyətlərin müraciətlərin sayına ciddi təsir göstərəcəyi gözlənilmir.

Yeni tələblər orqan, ürək və qaraciyər çatışmazlığı, ağciyər xəstəlikləri, eləcə də ağır nevroloji, psixi və digər xroniki xəstəlikləri olan şəxslərə şamil edilir.

Vüsal Cahangiri qeyd edib ki, bu cür sağlamlıq problemi yaşayan şəxslər əvvəlki illərdə də Həcc ziyarətinə müraciət etməyiblər.

Hazırda Həcc üçün 80-dən çox müraciət qeydə alınıb və müraciət edənlər arasında ciddi tibbi problemi olan şəxs aşkarlanmayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости