https://news.day.az/azerinews/1865300.html Pensiya yaşı 70-ə qaldırıla bilər - Finlandiyada Finlandiyanın Maliyyə Nazirliyi ölkədə sosial təminat sistemində genişmiqyaslı islahatların aparılmasını, dövlət xidmətləri və müavinətlərin azaldılmasını, pensiya yaşının isə 70-ə çatdırılmasını təklif edib. Day.Az xəbər verir ki, bu barədə "Yle" tele-radio şirkəti nazirliyin təqdim etdiyi islahat layihəsinə istinadən məlumat yayıb.

Pensiya yaşı 70-ə qaldırıla bilər - Finlandiyada

Azərbaycanca, 7 октября 2026 17:09 (UTC +04:00) 153
Pensiya yaşı 70-ə qaldırıla bilər

Finlandiyanın Maliyyə Nazirliyi ölkədə sosial təminat sistemində genişmiqyaslı islahatların aparılmasını, dövlət xidmətləri və müavinətlərin azaldılmasını, pensiya yaşının isə 70-ə çatdırılmasını təklif edib.

Day.Az xəbər verir ki, bu barədə "Yle" tele-radio şirkəti nazirliyin təqdim etdiyi islahat layihəsinə istinadən məlumat yayıb.

Təklif olunan tədbirlərin dövlət borcunun artımını dayandırmaq və onun ümumi daxili məhsula (ÜDM) nisbətini azaltmaq zərurəti ilə əsaslandırıldığı bildirilir. Nazirliyin qənaətinə görə, bu, sosial dövlətin əsaslarını qoruyub saxlamağa imkan verəcək. Dövlət büdcəsinin balansını 8-11 milyard avro yaxşılaşdırmalı olan təkliflərə xərclərin azaldılması, vergilərin artırılması və iqtisadi artımı stimullaşdıran struktur islahatları daxildir. Tədbirlərin əsas hissəsinin ölkənin növbəti hökumətinin səlahiyyət müddətinin əvvəlində qəbul edilməsi təklif olunur.

Nazirlik qənaət imkanlarının ən çox səhiyyə, sosial sahə və təhsil sektorlarında olduğunu hesab edir. Dövlət tərəfindən maliyyələşdirilən xidmətlərin siyahısına və müəssisələr şəbəkəsinə yenidən baxılması, rəsmilərin qiymətləndirməsinə görə, yüz milyonlarla avroya qənaət etməyə imkan verəcək. Pensiya yaşının 70-ə çatdırılması isə işləyən vətəndaşların sayını 50-120 min nəfər artıracaq.

Sənəddə bildirilib ki, uşağa qulluq müavinətinin ləğv edilməsi və ya onun ödənilmə müddətinin azaldılması nəticəsində daha təxminən 10 min nəfərin əmək bazarına cəlb olunması mümkün olacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости