https://news.day.az/azerinews/1865338.html Azərbaycan cüdoçusu dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB - FOTO Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda təşkil olunan dünya çempionatında bürünc medal qazanıb. 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda qarşılaşmada Qazaxıstan təmsilçisi Abulaxan Zhubanazarla üz-üzə gəlib. Rəqibini ipponla məğlub edən Ömər Rəcəbli dünya çempionatının bürünc medalına sahib olub.

Azərbaycan cüdoçusu dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB - FOTO

Azərbaycanca, 7 октября 2026 20:08 (UTC +04:00) 221
Azərbaycan cüdoçusu dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında gümüş medal qazanıb.

81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda gürcüstanlı Tato Qriqalaşviliyə uduzub.

Bununla da Azərbaycan millisinin dünya çempionatında qazandığı medalların sayı 4-ə çatıb. Daha əvvəl Əhməd Yusifov (60 kiloqram) qızıl, Rəşid Məmmədəliyev (73 kiloqram) və Ömər Rəcəbli (81 kiloqram) isə bürünc mükafat əldə ediblər.

---------
19:06

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda təşkil olunan dünya çempionatında bürünc medal qazanıb.

81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda qarşılaşmada Qazaxıstan təmsilçisi Abulaxan Zhubanazarla üz-üzə gəlib.

Rəqibini ipponla məğlub edən Ömər Rəcəbli dünya çempionatının bürünc medalına sahib olub.

Bu gün 81 kiloqram çəki dərəcəsində mübarizə aparan digər Azərbaycan cüdoçusu Zelim Tçkayev isə final görüşünə çıxacaq.

 

Daha əvvəl Vüsal Qələndərzadə (81 kiloqram) 1/8 finalda, Anna Zaytseva (63 kiloqram) isə 1/16 finalda məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Qeyd edək ki, Azərbaycan millisinin aktivində hazırda 2 medal var. Əhməd Yusifov (60 kiloqram) qızıl, Rəşid Məmmədəliyev (73 kiloqram) isə bürünc medal qazanıb.

Dünya çempionatı oktyabrın 11-də başa çatacaq.

  • Azərbaycan cüdoçusu dünya çempionatında gümüş medal qazanıb
  • Azərbaycan cüdoçusu dünya çempionatında gümüş medal qazanıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости