https://news.day.az/azerinews/1866514.html DTX avtomobilləri qəsdən yandıranları həbs etdi - VİDEO Oktyabrın 10-da Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlar saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Masazır qəsəbəsində 4 avtomobili yandıranlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulublar. Qeyd edək ki, hadisənin videoları mediada geniş rezonans doğurmuşdu.

DTX avtomobilləri qəsdən yandıranları həbs etdi - VİDEO

Azərbaycanca, 12 октября 2026 20:32 (UTC +04:00) 277
DTX avtomobilləri qəsdən yandıranları həbs etdi

Oktyabrın 10-da Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlar saxlanılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Masazır qəsəbəsində 4 avtomobili yandıranlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulublar.

Qeyd edək ki, hadisənin videoları mediada geniş rezonans doğurmuşdu. Artıq cinayətin icraçı və sifarişçiləri DTX əməliyyatçıları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək və tutulublar.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır, dəlil və sübutlar toplanır.

Həbs edilən şəxslərin adları və cinayətin motivi açıqlanmır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости