https://news.day.az/azerinews/1867190.html Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsi ehtimalını istisna etməyib.

Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib

Azərbaycanca, 15 октября 2026 12:05 (UTC +04:00) 174
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsi ehtimalını istisna etməyib.

Day.Az xəbər verir ki, bu haqda ermənistanlı ali diplomat ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə vitse-prezidenti İnyatsio Kassis ilə birgə mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, keçmiş anklavlar məsələsinin həlli üçün müxtəlif variantlar mövcuddur və tərəflər bu məsələyə konstruktiv yanaşırlar.

"Ölkələrin malik olduğu anklavlardan biri bir ölkənin, digəri isə digər ölkənin tərkibində qala bilər. Onlar mübadilə edilə və ya başqa variantlar nəzərdən keçirilə bilər", - deyə Mirzoyan bildirib.

Xatırladaq ki, bundan öncə, Ermənistan Baş naziri Nikol Paşinyan da sosial media hesabında anklav və eksklavların mübadiləsi ehtimalı barədə danışımışdı.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости