https://news.day.az/azerinews/1867221.html Azərbaycan AQEM-ə sədrliyi dövründə çox böyük və uğurlu işlər gördü - Sadır Japarov Azərbaycan AQEM-ə sdərliyi dövründə çox böyük və uğurlu işlər gördü. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov cümə axşamı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının (AQEM) Yeddinci Sammiti zamanı çıxışında bildirib.

Azərbaycan AQEM-ə sədrliyi dövründə çox böyük və uğurlu işlər gördü - Sadır Japarov

Azərbaycanca, 15 октября 2026 13:08 (UTC +04:00) 163
Azərbaycan AQEM-ə sədrliyi dövründə çox böyük və uğurlu işlər gördü

Azərbaycan AQEM-ə sdərliyi dövründə çox böyük və uğurlu işlər gördü.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov cümə axşamı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının (AQEM) Yeddinci Sammiti zamanı çıxışında bildirib.

O bildirib ki,Qırğız Respublikası AQEM-i dialoq üçün önəmli bir platforma olaraq görür.

"Bu təşkilat etimad qurulması üçün çöx önəmli rol oynayır. Mərkəzi Asiya ölkələri rəhbərləri olaraq, bir sıra problemlərin aradan qaldırılmasına nail olmuşuq. Bununla bağlı digər ölkələr də töhfə verməyə hazırıq", - deyə o əlavə edib.

S.Japarov vurğulayıb ki, investisiyaların cəlb olunması üçün sənayə əməkdaşlığını gücləndirməliyik.

"Biz fərdi investisiya layihələrindən ortaq investisiya layihələrinə keçidə üstünlük veririk. Rəqəmsallaşma iqtisadiyyat üçün önəmlidir. Asiya bu istiqamətdə öndə gedir. Rəqəmsal əlaqəliliyin gücləndirilməsini dəstəkələyirik",- deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycanın Sədrliyi ilə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının (CİCA) Yeddinci Sammiti keçirilir.

İclasda 2022-ci ildə AQEM-in transformasiyasına start verildikdən bəri əldə olunmuş inkişaf, eləcə də Azərbaycanın Sədrliyinin təşkilatın möhkəmləndirilməsi və Üzv Dövlətlər arasında praktiki əməkdaşlığın irəlilədilməsi sahəsindəki nailiyyətləri nəzərdən keçiriləcək.

Tədbirdə dövlət və hökumət başçıları, AQEM-ə üzv dövlətlərin, müşahidəçi dövlətlərin, müşahidəçi təşkilatların və tərəfdaş qurumların nümayəndə heyətləri iştirak edirlər.

Sammit beynəlxalq münasibətlərdə, o cümlədən Asiyada dövlətlərarası ziddiyyətlərin kəskinləşdiyi, münaqişələrin alovlandığı və yeni münaqişə ocaqlarının yaranması ilə müşahidə olunan mürəkkəb mühitdə üzv dövlətlər arasında dialoq və etimad quruculuğu məsələlərinin müzakirəsi üçün mühüm fürsət təşkil edir.

Laosun yeni üzv qismində AQEM-ə qəbul edilməsi sammitin ən əlamətdar nəticələrindən biri hesab olunur. Tədbir AQEM çərçivəsində fəaliyyətin təşviqi və ayrı-ayrı istiqamətlər üzrə əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində sənədlərin qəbulu ilə əlamətdar olacaq.

Sammitin ən mühüm siyasi sənədi kimi Bakı Bəyannaməsinin qəbulu gözlənilir. Sənəddə Azərbaycanın AQEM-ə sədrliyi bütün dövlətlər tərəfindən təqdir edilir, iki il ərzində müxtəlif istiqamətlər üzrə irəli sürülmüş təşəbbüslər və keçirilmiş tədbirlər alqışlanır. Sənəddə həmçinin, beynəlxalq nizamın təşviqi, hərbi-siyasi, iqtisadi, ətraf mühit kimi sahələrdə risklərlə mübarizə yollarına dair konkret müddəalar öz əksini tapır. Bakı Bəyannaməsində dözümlülük və sivilizasiyalar arası dialoqun təşviqi, təhlükəsizlik və rifah naminə elm, təhsil və innovasiyalardan istifadənin irəlilədilməsi, o cümlədən süni intellektin inkişafından qaynaqlanan imkan və risklərə xüsusi diqqət yetirilir.

Bakı Bəyannaməsindən əlavə, sammitdə "Əməyin təhlükəsizliyi və sağlamlığı" mövzusunda ayrıca bəyanatın da qəbulu nəzərdə tutulur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости