https://news.day.az/azerinews/1867304.html
Azərbaycana 16 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə və psixotrop tərkibli həblərin keçirilməsinin qarşısı alınıb. Day.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Azərbaycana 16 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə və psixotrop tərkibli həblərin keçirilməsinin qarşısı alınıb.
Day.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 15-də DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd axtarışı və əməliyyat tədbirləri keçirilib.
Tədbirlər nəticəsində 16 kiloqram 600 qram narkotik vasitə və 1970 ədəd psixotrop tərkibli "Metadon M-40" həbi aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре