https://news.day.az/azerinews/1867698.html
4 gün ardıcıl iş olmayacaq
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Day.Az metbuat.az-a istinadən xəbər verir ki, bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir. 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir.
4 gün ardıcıl iş olmayacaq
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq.
Day.Az metbuat.az-a istinadən xəbər verir ki, bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir.
9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür.
Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahət günü noyabrın 10-na keçiriləcək.
Beləliklə, noyabrda 4 gün ardıcıl - 7, 8, 9 və 10 noyabrda iş olmayacaq.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре