"Naxçıvanda “donuz” qripinə yoluxma faktı qeydə alınmayıb" - Səhiyyə Nazirliyi

Day.Az представляет новость на азербайджанском языке
Naxçıcan Muxtar Respublikasında "donuz" qripinə yoluxma faktı qeydə alınmayıb.
Bu barədə Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktoru Rakif Abdullayev Trend-ə bildirib ki, indiyədək aparılan analizlərin nəticələrinə görə, Azərbaycanda "donuz qripi" virusu aşkarlanmayıb: "Ümumiyyətlə, bizə mövsümi qriplə bağlı analizlər həmişə daxil olur. Xəstəxanalardan bizə daxil olan nümunələr yoxlanılır və virusun olub-olmamasının cavabı deyilir. Amma "donuz qripi" ilə bağlı heç bir müsbət hadisə olmayıb, cavabların hamısı mənfi olub, yəni heç bir virus aşkarlanmayıb".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре